Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.
Bu barədə İrəvanda səfərdə olan ATƏT sədri Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər "Azərbaycan və Ermənsitan arasında davam edən siyasi prosesi, sülh prespektivlərini, əsas siyasi və humanitar narahatlıqları" müzakirə ediblər.