Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:
“İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin”.