Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda tanınmış həkim vəfat etdi

1 566
Paylaş:
Azərbaycanda tanınmış həkim vəfat etdi

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib. Pravda.az "Aztibb.az"a istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışıb.

Paylaş:

Ən son xəbərlər