Yaxın vaxtlarda növbəti əfv sərəncamının olacağı gözlənilir. Əfv Komissiyasına müraciətlər davam edir. Bəs, əfv sərəncamı ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər? Mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Vüqar Babayev bildirib ki, Rəşad Dağlının əfv olunma şansı çox azdır:
"Əfv haqqında əsasnamə var. Həmin əsasnaməyə görə, ağır və xüsusilə ağır cinayət törətmiş hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarısını çəkmiş olmalıdır. Ona görə də, şans azdır. Amma təbii ki, bu ölkə başçısının müstəsna səlahiyyətidir. Hər şey ola bilər. Amma Əfv haqqında əsasnaməyə əsasən, qayda belədir".