2021-ci ilin noyabrın 25-də Qəniyevlər ailəsi dəhşətli xəbər alıb.
Sabirabad rayonu Ətcələr kəndi ərazisində Sarvand kənd sakini 41 yaşlı Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilin yanması və onun tam yanmış meyidinin tapılması barədə qohumlara məlumat verilib.
Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb. Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafət Qəniyevin bütün yaxınları onun öldüyünü düşünüb. Hətta dəfn mərasimi keçirilib.