ATV telekanalında yayımlanan “Rəngarəng səhər” verilişində müzakirəyə çıxarılan sosial şəbəkə femomeni Bayram Nurlu sözügedən kadrlara etiraz edib.
Anasını yenicə itirən B.Nurlu efirdə alçaldılmasına sərt reaksiya verib:
“Qoyun mən öz acımı yaşayım, ay bədbəxtlər! Sizə mövzu yoxdur, ay Zaur? Mən ATV efirlərində olanda sən telekanal axtarırdın ki, çıxasan, o kanal, bu kanal gəzirdin.
Hələ o biri aparıcı xanıma bax, heç adını da bilmirəm. Sizə efir verəndə ağıl olmalıdır ki, heç nə apardığınızı da bilmirsiniz. Ancaq o müğənnini çağırıb qalmaqal edirsiniz, ya ərindən danışırsınız, ya da qızıllarınız neçəyədir deyə soruşursunuz. Siz kimsiniz ki, məni müzakirəyə qoyub qınayasınız? Qınanılası sizsiniz, mən yox! Məndən danışıb reytinq yığırsınız...”