Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişiklik etməsi ilə bağlı məlumatlar yayılıb. Ötən gündən etibarən yayılan məlumatlarda şirkətin qiymətləri təqribən 2.5 dəfə artırdığı iddia edilib. Qeyd edilib ki, son günlərə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti artıq 199.99 TL (10.63 azn) hesablanacaq.
Pravda.az bildirir ki, iqtisadiyyat.az məsələ ilə bağlı "Trendyol Azərbaycan"la əlaqə saxlayıb.