BURADA REKLAMINIZ OLA
BİLƏR

"Primitiv çayxanada olan söhbəti, ləhcəsi ilə mənə nə verəcək?"

Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. 

 

Pravda.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "Künc-bucaq" yutub layihəsində deyib.

 

O, aparıcıları savadsız adlandırıb: 

 

"Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günahı yoxdur. Onları efirə buraxanlar günahkardır. Bunu mən 10 il əvvəl demişəm. Veriliş aparan aparıcı mənə nə məlumat verə bilər?! Aparıcıların IQ-sü çox aşağı səviyyədədir. İstəyirəm ki, məndən yüksən olan insan dinləyim, ondan nəsə götürüm. Primitiv çayxanada olan söhbəti, ləhcəsi ilə mənə nə verəcək? Maraqlı olan insanları verilişə dəvət etmirlər".

Tarix: 15 May 2024, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin