“Son həbslər onu göstərir ki, Türkiyədə FETO-ya bağlı qruplar hələ tam neytrallaşdırılmayıb, hökumətə və prezidentə qarşı qiyam qaldırmaq istəyənlər hələ də var”.
Bu sözləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı danışarkən deyib. Politoloq qeyd edib ki, FETO 30-40 il ərzində dövlətin bütün strukturlarında yerləşib:
“FETO faktiki olaraq ordudan tutmuş, baş prokurorluğa qədər olan strukturlarda yerləşmişdi. Çevrilişdən 9 il vaxt keçməsinə baxmayaraq hələ də dövlət strukturlarında FETO şəbəkəsinə bağlı qrupların olduğu aşkara çıxır. Belə görünür ki, onlarla mübarizəyə hələ çox illər lazım gələcək.
Üstəlik də FETO şəbəkəsinin rəhbəri özü Amerikada olduğundan iplər onun əlindədir və yenə də şəbəkəni idarə etməyə çalışır. Baxmayaraq ki, Türkiyədə fəaliyyət imkanları xeyli məhdudlaşıdırlıb, amma yenə də bir sıra Avropa ölkələrində və Amerikada maliyyə imkanları, milyardlarla dollar vəsaitləri var. İndi bu pulları prezident Ərdoğan və digər dövlət rəsmilərinə qarşı yönəldilir, sanki 9 il əvvəl baş tutmayan çevrilişin intiqamını almağa çalışırlar”.