"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" İctimai Birliyinin sədri, "Gozetci.az" saytının təsisçisi və rəhbəri Anar Məmmədlinin fəaliyyəti araşdırılır.
Pravda.az Milli.az-a istinadən xəbər verir ki, onun gördüyü işlər "fəaliyyət" kəlməsinin hərfi mənasını kəsb edir, çünki əməlləri gerçəkdən də fəal, hətta hiperaktiv olub.
A.Məmmədli xarici təşkilatlardan "qrant" adı ilə aldığı maliyyə hesabına əməllərini reallaşdırıb və bunu gizlətməyib.
Məqsəd Azərbaycana qarşı irəli sürülən "insan haqları, azad seçkilər" narrativlərini saxtakarlıqdan çıxararaq gerçəklik fonuna qovuşdurmaq cəhdləri olub.
10 il əvvəl o, əməllərinə görə məsuliyyətə cəlb olunmuşdu.
Xatırladaq ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə hökm oxunub.
Anar Məmmədli 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum olunmuşdu.
Elnur Məmmədliyə isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası kəsilmişdi.
Məntiqlə, on il az müddət deyil. Anar Məmmədli azadlığa çıxandan sonra, məmur lüğəti ilə yazsaq, "islah olunmalı, əməllərindən və əvvəlki niyyətindən əl çəkməli" idi.
Tam əksi oldu: niyyət daha da qətiləşdi, əməllərin intensivliyi ilə sayı çoxaldı. Məhz bu səbəbdən o, 10 illik müddətdən sonra yenidən saxlanıldı.
İndi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Anar Məmmədli haqda 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Nə baş verir və ən əsası, niyə baş verir ki, eyni məcradakı əməllərə və elə həmin məzmundakı fəaliyyətə görə A.Məmmədli yenidən ailəsindən, evindən ayrı düşərək kameraya salınıb?
Səbəb trivialdır: xaricdəki fondlar, cəmiyyətlər, təşkilatların maliyyəsi vasitəsilə Azərbaycan cəmiyyətində dezinformasiya yaymaq, əldə edilən maliyyə vəsaitini rəsmiləşdirməyərək və qanunlardan yayındıraraq ölkədə qurulmuş "tənqidçi media" və "müstəqil monitorinq" adlı müxtəlif qruplar arasında qismən paylamaq, maliyyənin əsas hissəsini də mənimsəmək.
Qanunsuz sahibkarlıq, seçki saxtakarlığı və vergidən yayınma halları üzrə ittihamların sübut bazası yetərli təsir bağışlayır.
Anar Məmmədovun uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin pullarıın əksər qismini Gürcüstandakı "TBC" bankında öz adına açılmış hesablar vasitəsilə yiyələnməsi və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycana gətirilməsi işinə rəhbərlik etməsi söylənir.
Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.
Anar Məmmədlinin sadəcə 2021-2014-cü illərdə aldığı qrantların məbləğlərinə ötəri nəzər salaq:
Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatı - 2.265 avro;
Fransanın "Equal Rights İndependent Media" təşkilatı - 4.750 avro;
İsveçin "Swedish International Liberal Centre" təşkilatı - 12.625 avro;
Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatı - 24.850 avro;