Qanuna əsasən, bu ilin noyabr ayının 3-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir.
Lakin bu il ölkəmizdə beynəlxalq əhəmiyyətli COP29 tədbiri keçiriləcək, buna görə parlament seçkilərinin önə çəkilməsi müzakirə olunur. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.
“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.
Beləliklə, Azərbaycanda bu il parlament seçkilərinin keçiriləcəyi qaçılmazdır. Artıq bir sıra partiya sədrləri, ictimai şəxslər seçkilərdə iştirak edəcəklərini elan ediblər.
Bir müddət əvvəl yenidən aktiv siyasətə qayıdan İsa Qəmbərin də seçkilərdə iştirak edib-etməyəcəyi maraqlıdır. O, mayın əvvəlində yenidən Müsavat Partiyasının başqanı seçilib.