Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Pravda.az Manset.az-a istinadən xəbər verir ki, general-leytenant Ramiz Tahirovla əlaqə saxlayıb:
- Ramiz müəllim, vəzifənizdən azad olunmağınızla bağlı nə deyə bilərsiniz? Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəksiniz?
- Mən Prezident İlham Əliyevə təşəkkür edirəm. Mənim xidmətlərim yüksək qiymətləndirilib. Hazırda bir sıra təkliflər var, qərar verməmişəm. Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacağam. Başqa bir sahədən təklif var. Sahənin konkret hara olması ilə bağlı bir söz deməyəcəyəm.