Sabiq xarici işlər naziri Elmar Məmmədyarov artıq evdən işləmir. O, son vaxtlar fəallaşıb, kitab çap etdirir və mediada tez-tez görünür, müsahibələr, şərhlər verir. Məmmədyarov son olaraq İTV-yə müsahibəsində övladlarının biznesi, ABŞ-da mülk almaları məsələsinə də toxunub, amma qeyri-səmimi şəkildə.
Dediyindən belə çıxıb ki, ABŞ-da evi, qurduqları biznesi sadəcə maaşı ilə əldə edib.
O bildirib ki, aldığı pul onu qane edirdi: “Aldığım maaşa əlavələr də olunurdu. Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq, aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım”.