Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla görüşüb.
Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə COP29-u müzakirə etdi
Bu barədə ABŞ rəsmisi “X” sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və uğurlu COP29-u müzakirə etmək üçün bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi salamladım”, - dövlət katibinin müavini qeyd edib.