"Plastik əməliyyat olundum və 17 gün sonra efirə çıxdım. Hətta tikişlərim belə sökülməmişdi. Yazılan tənqid dolu şərhlər normal haldır və mən onlara hazır idim".
Pravda.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişində Nazənin Salayeva deyib.
Müğənni bildirib ki, əməliyyatdan sonra onu Maykl Ceksona bənzədirlər: "İnsanlar var, bilmirlər ki, o tənqid etdikləri şəxs əməliyyat olunub, yoxsa yox. Ünvanıma yazırlar ki, Maykl Ceksona oxşayırsan. Bilsələr də, bilməsələr də, yazırlar. Təki yazmağa söz olsun".
N. Salayeva əməliyyatlardan razı qaldığını vurğulayıb: