Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Pravda.az Milli Hidrometeorologiya Xidmətinin mayın 17-də saat 12:00-a olan məlumatına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.