Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib.
Pravda az xəbər verir ki, əvvəlcə fakültə dekanı Vüqar Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin fəaliyyəti barədə danışıb, AZƏRTAC-ın jurnalistlər üçün böyük məktəb olduğunu deyib. Dekan qonaq barədə tələbələrə məlumat verib, jurnalistikanın nəzəri əsaslarının öyrənilməsi ilə yanaşı, praktik cəhətdən təcrübəli jurnalistlərlə birbaşa ünsiyyətin əhəmiyyətindən bəhs edib. O, Pərvin Abbasovun ölkənin ən tanınmış informasiya agentliklərində çalışdığını, xəbər, reportaj və araşdırma janrları üzrə ixtisaslaşdığını vurğulayıb.