Moskvanın cənub-şərqindəki Bratislavskaya küçəsindəki mənzildə dəhşətli qətl hadisəsi baş verib.
İlkin məlumata görə, 30 yaşlı Fərid Fəttahov tanınmış iş adamı olan atası, 69 yaşlı Əşrəf Fəttahovu məişət zorakılığı zəminində qətlə yetirib.
Mərhum Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu, müxtəlif vaxtlarda “Egvekinot” dəniz limanının, “Spetsstroyexploitation” şirkətlərinin və Ural Geoloji Ekspedisiyasının direktorlar şurasının sədri olub. Fəttahov həm də Mərkəzi Elmi-Tədqiqat Metallurgiya və Materiallar İnstitutunun, eləcə də “Qazprom”un Bryansk filialının direktorlar şurasının üzvü olub.