Şirvanda oğurluqlar edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində evlərdən və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Vüsal Həşimov saxlanılıb.