Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb

1 129
Paylaş:
Azərbaycanda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb

May ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər