BURADA REKLAMINIZ OLA
BİLƏR

Düşmən mövqelərini irəli çəkmək istədi - Naxçıvan istiqamətində gərginlik

Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribat cəhdinin qarşısı alınıb.

 

Pravda.az xəbər verir ki, bu zaman hərbi hissələrdən birinin komandiri olan erməni zabitinin xidməti “Nissan Patriot” markalı avtomobili sıradan çıxarılaraq məhv edilib.

 

Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan faktı təsdiqləyib. O, Naxçıvan istiqamətində ordunun mövqeyini irəli çəkmək istədiyi zaman atəşə məruz qaldıqlarını söyləyib.

 

“İnsident tərəflər arasındakı neytral ərazidə yeni mövqelərimizi bərkidən zaman baş verib. Bəli, avtomobil yansa da, o, batalyon komandirinə xidmət göstərmirdi”.

 

Stepanyan cəbhədə hər gün atışmaların olduğunu, bu zaman hər iki tərəfin texnika sarıdan itki verdiyini söyləyib.Modern.az

Tarix: 27 May 2020, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin