Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Samara vilayətində idmançının qətli ilə bağlı iş üzrə bəraət hökmünün çıxarılmasının əsaslarını yoxlamağı tapşırıb. Lent.az xarici mediaya istinadən bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, söhbət cüdo üzrə rusiyalı idman ustasının qətlində əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsindən gedir.
2019-cu ilin iyun ayında münaqişə zamanı üç azərbaycanlı susiyalı idmançı, cüdo üzrə idman ustası, Samara vilayətinin çempionu Yevgeni Kuşnirə travmatik tapança ilə bir neçə dəfə atəş açaraq kəsici-deşici alətlə vurublar. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib.