İran Bell helikopterlərini 1970-ci illərin əvvələrindən, Rza Şah Pəhləvinin dövründən ABŞ-dan almağa başlayıb.
Sonradan İran şahı bu helikopterlərin istehsalı üçün İsfahanda zavod inşa edilməsinə göstəriş verir.
Lakin 1979-cu il inqilabı ilə Şah devriləndən sonra bu iş yarımçıq qalıb.
ABŞ isə həmin "İsfahan" zavodunu Texasda qurur və Bell-in ən müasir modellərini istehsal edir. Və təbii ki, yeni Bell-ləri və onun detallarını da İrana verməkdən imtina edir.
1979-cu ilədək İranın ABŞ-dan xeyli Bell helikopterləri aldığı haqqında məlumatlar var. Bir neçə il öncənin statistikasına görə İran 28 ədəd Bell helikopterinə sahib olub.
Maraqlı məqam odur ki, ABŞ və digər ölkələr İrana qarşı texnoloji sanksiyalar tətbiq etdikdən sonra İranın bu helikopterdən istifadəsində problemlər yaranıb.
Sonradan isə vəziyyətdən çıxmaq üçün İran Helikopter Təmiri Zavodu yaradaraq, uzun illər öz daxili resursları ilə Amerikan helikopterlərini təmir edərək istifadə edə biliblər.
Hətta onların bazasında yerli helikopterlər də istehsal ediblər.