Azərbaycanda bir qrup deputatın rəsmi elektron poçt ünvanına şantaj xarakterli mesajlar göndərilib. Gununsesi.info-nun xəbərinə görə, özünü Bred Hawk kimi təqdim edən şəxs [email protected] ünvanından bir qrup deputatın elektron ünvanına yazdığı mesajda onların intim görüntülərinin əlində olduğunu və 10 min ABŞ dolları verməyəcəkləri təqdirdə bu görüntülərin xarici teleqram kanallarında yayılacağını yazıb.
Bu mesaj deputatlardan Sahib Əliyevə, Azər Badamova, Kamran Bayramova, Məzahir Əfəndiyevə, Emin Hacıyevə , Malik Həsənova və Vüqar İsgəndərova göndərilib.