Mayın 21-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Şamaxıda 15 mm, Altıağacda 7 mm, Astara, Qəbələ, Balakən, Sabirabad, Lerik, Biləsuvar, Qax, Ordubad, Gədəbəy, İsmayıllı, Quba, Qusar, Xaltan, Qobustan, İmişli, Lənkəranda 4 mm-dək olub.