2 gün əvvəl Tovuz rayonunun Əlibəyli kəndində 54 yaşlı qadının dəm qazından boğularaq ölüb. Hadisənin bəzi təfərrüatları üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, qazdan boğularaq ölən 1970-ci il təvəllüdlü Gülşən Əmrahova Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədr müavini Mehman Əmrahovun həyat yoldaşıdır.
Hadisə vaxtı Mehman Əmrahovun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

