BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - YENİLƏNDİ

Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı TƏBİB açıqlama verib.


Qurumdan baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.


"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.


Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - deyə açıqlamada qeyd olunur.
 

 

***

 

17:24

 

6-cı sinif şagirdi xəstəlikdən həyatını itirib.


Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.


Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib.


Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

 


Tarix: 21 May 2024, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin