Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Gəncə Dövlət Universiteti yoxlama məsələsinə aydınlıq gətirdi - YENİLƏNDİ

3 090
Paylaş:
Gəncə Dövlət Universiteti yoxlama məsələsinə aydınlıq gətirdi -   YENİLƏNDİ

Gəncə Dövlət Universiteti yoxlama məsələsinə aydınlıq gətirib.

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında 2024-cü il üçün Gəncə Dövlət Universitetinin akkreditasiyası həyata keçirilir.

Akkreditasiya prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır.  Qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən  universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.

GDU qarşıdakı 5 il müddətində ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında fəaliyyətini davam etdirməyi və mövcud fəaliyyətləri daha da təkmilləşdirməyi planlaşdırır.

Yekun  mərhələdə universitetin növbəti 5 il ərzində fəaliyyət göstərməsinə əsas verən Şəhadətnamə verilməsi üçün  ARTEN-nin “Akkreditasiya Şurası” qarşısında  komissiya tərəfindən vəsatət qaldırılması gözlənilir.

***

2024-05-21 23:39

Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində yoxlamalara başlayıb.


Bu barədə Gununsesi.info məlumat yayıb.


Bildirilib ki, yoxlamalar universitetin rektoru Yusif Yusibovun fəaliyyəti barədədir.

Paylaş:

Ən son xəbərlər