Evdən pul oğurlayaraq sevgilisinə verən yeniyetmə polislər tərəfindən müəyyən olunub. Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Goradil bağlar sahəsindəki evlərin birindən 1840 manat pulun oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı oğurluq edən şəxsin ev sahibinin yeniyetmə qızı olduğu müəyyən edilib.