Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.