Aparıcı Hüsniyə Məhərrəmova paylaşımı ilə diqqət çəkib. Pravda.az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Amerikaya köçən aparıcı Bakıda tədbirlərdən birinə qatılanda başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:
"Atam, bunlar düzələn deyil! Bakida 3 gün ərzində Orta Asiya və "Middle East"in ən böyük texnoloji sammiti keçirilirdi. Aparıcılarından biri də mən idim. İkinci günün açılış sessiyasından sonra zaldan çıxarkən, sammit iştirakçıları, xaricdən olan qonaqlar, ünvanıma o qədər xoş söz, kompliment dedilər ki, qızarıb donum rəngdə olmuşdum. Bu anda yalnız bir azərbaycanlı mənə yaxınlaşıb "Hüsniyə xanım, salam, "launch" sözünü düzgün tələffüz etmirsiniz, o söz "lonç" kimi deyilir" dedi. Tənbəllik eləmədim, girdim yoxladım. Mən elə düz deyirmişəm. "Lonç", yox bir hamam... İkincisi də, düşünürəm, insanda nə qədər tərbiyəsizlik olmalıdır ki, səndən soruşulmadığı halda, tanımadığın adama onun səhvini deyəsən, düzəldəsən.