"Mənim sevən vaxtım çoxdan keçib. Artıq qatarım gedib. Zarafatla bir söz demişəm, aləm dəyib bir-birinə". Bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Əlikram Bayramov həmkarı Mənzurə Musayevaya ünvanladığı "Səni sevirəm" mesajına aydınlıq gətirərkən deyib.
Sənətçi Mənzurə Musayeva ilə ailəli dost olduqlarını bildirib:
"Dostuq. Biz onlara, onlar da bizə gəlib-gedirlər. Qardaşı da yaxın dostumdur. Sevən vaxtım keçib. Mənim kiməsə mesaj yazan vaxtlarım deyil, nəvələrim var. Mənzurə mənim evimə gəlib-gedən adamdır".