Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev 1979-cu ildə rol aldığı "Babək" filmindəki geyimləri özündə xatirə kimi saxlamaq istəyib. Pravda.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəbərin olsun" verilişində danışıb. Lakin aktyor istəyinə nail ola bilməyib:
"İstədim onu götürüb saxlayım, onsuz da sonradan muzeyə verəcəkdim. Razı olmadılar, dedilər ki, yox, bu nömrələnib, kostyumerdə olmalıdır. Bilsəydim ki, belə olacaq, onu oğurlayardım. Elə şeyi götürmək, oğurluq demək deyil. Çünki illər sonra tədbirlərin birində "Babək" obrazında səhnəyə çıxmalı idim. O geyimi tapa bilmədik".