Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək.
Pravda.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə deyib.
O bildirib ki, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.
A. Qasımzadə onu da əlavə edib ki, dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq.