BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: "Elçibəy hakimiyyətini gözdən salan icra başçıları da az olmayıb"

"Elçibəy hakimiyyəti dövründə işində peşəkar və fəaliyyətində dürüst olan vətənpərvər icra başçıları indiyədək öz rayonlarında yaxşı nümunə olaraq qalırlar. Məsələn, İmişli rayon icra hakimiyyətinin başçısı İltizam bəy, Salyan rayon icra hakimiyyətinin başçısı Ədalət bəy. Belələrinin siyahısı İltizam bəy və Ədalət bəylə bitmir. Amma heç kəsə sirr deyil ki, o dövrdə məsuliyyətsiz və səriştəsiz hərəkətləri ilə rayonlarda Elçibəy hakimiyyətini gözdən salan icra başçıları da az olmayıb".


Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.


"Onları yada salmaq üçün Füzuli və Beyləqan rayon icra hakimiyyətlərinin başçılarını xatırlamaq bəs edər. İndiki icra hakimiyyətlərinin başçıları ilə müqayisədə hətta onlar da təmiz və vətənpərvər hesab oluna bilər. Çünki hazırkı hakimyyətdən təyinat alan bütün icra başçılarının korrupsioner fəaliyyəti də göz qabağındadır. Odur ki, bir daha bildirmək istəyirəm, problemin həlli kadrların dəyişməsində deyil, islahatlardadır. Əvvəl də, indi də çatdırmaq istədiyim budur. Belə islahatın örnəkləri çoxdur, onlardan birini Ukraynanın timsalında hazırda orda yaşayan o dövrün nümunəvi icra başçılarından sayılan Əli Quliyev və ya Elxan Nuriyev təqdim edə bilər.
Bələdiyyə idarəçiliyinin beynəxalq təcrübəsindən çıxış edərək deyə bilərəm ki, ölkədə fiskal və inzibati əskmərkəzləşdirmə islahatlarının alternativi qalmayıb. Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri azad və ədalətli seçkilərdə formalaşan bələdiyyə institutlarına verilməlidir. Problemin həlli burdadır. Amma onu da indi etmək mümkün deyil, çünki təyinatlı bələdiyyə ilə təyinatlı icra hakimiyyəti başçısının fərqi yoxdur" - Q.İbadoğlu qeyd edib. 

Tarix: 28 May 2020, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin