"Araz Supermarket"in palçıqlı kartof satması müzakirələrə səbəb olub.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Elman Cəfərli məlumat paylaşıb.
""Araz Supermarket"də qəşəng palçıq satılır" - FOTO
""Araz Supermarket"də qəşəng palçıq satılır. Endirimdədir, tələsin. Çox keyfiyyətli palçıqdır. Arasında kartof da var, eybi yox, onu təmizləyib atmaq olar. Bu kartofları bir-bir məhsulu bu şəkildə alıcıya təklif edən işbazın təpəsinə vurasan" - jurnalist qeyd edib .