Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün saxta sənəd təqdim edən saxlanılıb. Lent.az xəbər verir ki, , 58 yaşlı Gürcüstan vətəndaşı Şamil Cəlilov (ad və soyad şərti) həmin ölkənin Rustavi şəhərində pul müqabilində saxta sürücülük vəsiqəsi alıb. Onun 2022-ci ilin avqust ayında "Dato" adlı şəxsdən aldığı "C" kateqoriyalı vəsiqəsi Türkiyə Respublikasına aid olub. Blankları mətbəə çap üsulu ilə deyil, printerlə hazırlanıb.
Ş.Cəlilov bir ay sonra, sentyabrda Azərbaycana məxsus orijinal sürücülük vəsiqəsi əldə etmək üçün Sumqayıtda yerləşən 2 saylı "ASAN xidmət" Mərkəzinə gəlib. Müvafiq şöbəyə yaxınlaşaraq, həmin saxta vəsiqəni təqdim edib. Nəticədə əsl vəsiqəni ala bilib.