"İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün "miqat” elədim. Sevindim ki, artıq yol ayrılır, o da "Şamaxinka”ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki "dubinka” ilə üstümə gəlir”.
Qaynarinfo "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.
O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.