BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlı övladı ilə birgə itkin düşmüş qadın tapıldı

Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 3 nəfəri tapıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 30-da Kürdəmir rayonunda itkin düşmüş 2001-ci il təvəllüdlü qız, mayın 14-də Bərdə rayonunda azyaşlı övladı ilə birgə itkin düşmüş 1993-cü il təvəllüdlü qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Tarix: 25 May 2024, 11:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin