BURADA REKLAMINIZ OLA
BİLƏR

Çexiya Prezidenti Azərbaycan liderini təbrik etdi

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevi təbrik edib.

 

Pravda.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Zati-aliləri.

 

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

 

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

Tarix: 25 May 2024, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin