ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Pravda.az xəbər verir ki, məktubda yazılıb:
"Zati-aliləri.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyuram.