Sumqayıtda 83 yaşlı qadının meyiti tapılıb.
Hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. 1941-ci il təvəllüdlü Abdullayeva Pərizat Qədir qızından 3 gün ərzində xəbər ala bilməyən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Qonşular bildirirlər ki, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyən qadının övladı olsa da, o, tək yaşayıb.