"2010-cu il, həyatımda silinəsi gün, ay olmadı. Həyatımın geri dönüşü idi. Ağrılarım olurdu, yoldaşım məni məcbur etdi ki, həkimə gedək. Bir gün başımı aldadıb apardılar, biopsiyə getdi. Bilirdilər nədir, amma demirdilər. Cavab gəldi, adını dedilər, amma anlamıram nədir. Başqa bir həkim baxdı, dedi, xərçəngdir, sabah gəl, xəstəxanaya yatmalısan. Dedim, gələ bilmərəm, dostumun toyudur. Getdim toya, dedim, güldüm, əyləndim". Pravda.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Astar" yutub layihəsində deyib.
Xərçəngdən müalicə olunan aktyor yaşadıqlarını danışıb:
"Səhəri ağır bir əməliyyata gedəcəkdim. Evdə halallaşdım, vəsiyyətimi etdim, evdəkiləri hazırladım. 120 şiş bir bədəndən asanlıqla çıxmadı. 2 saat planlaşdırılırdı, 13 saat əməliyyatda qaldım. Həyatsevər, heç nədən özümü xoşbəxt edən insanam. Əməliyyata gedəndə yoldaşıma dedim ki, heç kimə demə. Deyin ki, sadəcə, zobdur. Üzüm yarıya kimi soyulmuşdu. 220 tikiş, 120 şiş... Reanimasiyada məni yatızdıra bilmədilər. 14 ildir dərman içirəm, hər 3 aydan bir müayinəyə gedirəm. 5 il sonra yenidən əməliyyat oldum. İzmirdə yod içməyə getdim. Onu içməzdən əvvəl pəhrizə oturmalısan, bədəndən duz, başqa qidalar çəkilir. Bədəndə işıq kimi yanır, sonra duza imkan verirlər. 1 ay evdəkilərlə təmasda olmamalısan".