"Xəzər axşamı" verilişi mərhum Əməkdar artist Aygün Bəylərin vəfatından sonra ilk dəfə evindən çəkiliş edib. Pravda.az bizim.media-ya istinadən bildirir ki, proqramda yayımlanan süjetdə Aygün Bəylərin rəfiqəsi Nübüvvət Əmrahova sənətçinin şəxsi həyatından bəhs edib.
Rəfiqəsi Aygün Bəylərdən DANIŞDI: "Onu sevirdi"
"Cananın atası uşaqlıqdan bizimlə dost olub və Aygün onu sevirdi. Ona görə Aygün onunla ailə qurdu. Bu nikahdan Canan dünyaya gəldi. Bacımın arzusu o idi ki, Canan xoşbəxt yaşasın, atası yanında olsun. Atası Almaniya vətəndaşı idi. Bakıda yaşaya bilmirdi. Aygünün ürəyində keçmiş həyat yoldaşının qızı Cananın yanında ola bilməməsinin nisgili qaldı", - deyə müğənninin rəfiqəsi bildirib.
Qeyd edək ki, Aygün Bəylər Almaniyada yaşayan Rəsul Vilayət adlı şəxslə evli olub. Cütlüyün Canan adlı bir qız övladı var.