Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Mavritaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik ünvanladı

1 106
Paylaş:
Mavritaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik ünvanladı

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox inkişaf və firavanlıq diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın maraqları naminə möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paylaş:

Ən son xəbərlər