Mayın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 600 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Belə ki, 3 saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 555 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən 530 namizəddən 132 nəfəri, NMRVK-ya sənəd verən 25 namizəddən isə 7 nəfəri uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 10.06.2024-cü il tarixdən 20.07.2024-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. ARVK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;
7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;
8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
9. Vəkilin şəxsi məlumat vərəqəsi;
10. Tərcümeyi-hal.
NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin
SİYAHISI
1.ABBASOV SƏYYAD PƏNAH OĞLU
2.ABBASOV UCAL VÜQAR OĞLU
3.ABBASOVA FİDAN SAHİB QIZI
4.ABDULLAYEV ABDULLA KAMİL OĞLU
5.ABDULLAYEV İBRAHİM FƏRRUX OĞLU
6.ABDULLAYEV MÜBARİZ XALIQVERDİ OĞLU
7.ABDULLAYEV VAQİF ƏLYAR OĞLU
8.ABDULLAYEVA GÜNEL RAHİL QIZI
9.ABDULLAYEVA NƏRGİZ URFAN QIZI
10.AĞAYEVA ŞƏBNƏM VAQİF QIZI
11.ALLAHVERDİYEV İLQAR MƏHƏMMƏD OĞLU
12.ASLANZADƏ ELNURƏ KAMİL QIZI
13.AXUNDOVA DİLARƏ BABƏK QIZI
14.BABAYEVA LALƏ ELDAR QIZI
15.BAĞIROV BƏHRUZ MİRHƏSƏN OĞLU
16.BAYRAMOV NADİR ŞOFİQ OĞLU
17.CABBAROVA FƏXRİYYƏ FAXRƏDDİN QIZI
18.CAVADOV RÜFƏT ŞAHVERƏN OĞLU
19.CƏFƏRZADƏ FƏRİD ZÜLFƏLİ OĞLU
20.DADAŞOVA KÖNÜL FƏRRUX QIZI
21.ƏHMƏDOVA SƏMA ARİF QIZI
22.ƏLƏSGƏROV NATİQ İMRAN OĞLU
23.ƏLİYEV ƏKBƏR ELŞƏN OĞLU
24.ƏLİYEV EROL LOĞMAN OĞLU
25.ƏLİYEV FƏRRUX ELMAN OĞLU
26.ƏLİYEV ORXAN İSMAYIL OĞLU
27.ƏLİYEV RÖVŞƏN ƏLİMİRZƏ OĞLU
28.ƏLİYEV RÜFƏT RAHİB OĞLU
29.ƏLİYEV SAHİB VARIŞ OĞLU
30.ƏLİYEV SAMİR YUSİF OĞLU
31.ƏLİYEV SEYMUR NİZAMİ OĞLU
32.ƏLİYEV TUQAY ZAKİR OĞLU
33.ƏLİYEVA SƏBİNƏ İLYAS QIZI
34.ƏLİYEVA SƏRİYYƏ RASİM QIZI
35.ƏLİZADƏ TƏHMİNƏ ŞAHİN QIZI
36.ƏLİZADƏ YASİN LƏTİF OĞLU
37.ELMANLI ÜLKƏR YAŞAR QIZI
38.EMİNLİ RUSİF NOVRUZ OĞLU
39.ƏSƏDOV MEHMAN NAZİM OĞLU
40.ƏSGƏROVA MAİSƏ ƏYYAR QIZI
41.EYVAZOV İLKİN FİKRƏT OĞLU
42.ƏZİZOVA NURLANƏ ƏLİ QIZI
43.FƏRZƏLİYEVA KÖNÜL CƏFƏR QIZI
44.GÖZƏLOV SAKİT TAHİR OĞLU
45.GÜNƏŞ YUSİF QIZI
46.HACI NADİR ELDAR OĞLU
47.HƏBİLOVA SÜRƏYYA ŞABAN QIZI
48.HƏMİDOV CAVİD SEYRAN OĞLU
49.HƏSƏNOV ELŞƏN AYAZ OĞLU
50.HƏSƏNOV SƏXAVƏT ŞAHİN OĞLU
51.HƏSƏNOVA GÜNAY XALİDDİN QIZI
52.HƏŞİM RƏŞAD ƏLİSAHİB OĞLU
53.HƏŞİMLİ ƏSMƏR İMAN QIZI
54.HƏŞİMOV ASİM AKİF OĞLU
55.HİDAYƏTLİ CEYHUN MƏTLƏB OĞLU
56.HÜNBƏTOVA LALƏ GÜLOĞLAN QIZI
57.HÜSEYNOVA GÜLBƏNİZ AĞAHÜSEYİN QIZI
58.İBRAHİMLİ TOĞRUL SALMAN OĞLU
59.İMANOV FƏRİD VƏDAYIL OĞLU
60.İSAYEV SAMİR İBRAHİM OĞLU
61.İSLAMOV TAMERLAN CƏLİL OĞLU