BURADA REKLAMINIZ OLA
BİLƏR

Tozlu hava şəraiti davam edir

Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

 

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, - o deyib.

 

Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.

Tarix: 27 May 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin