Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür. Pravda.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Batya Vasmoyski” ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub. “Çinar Trans” MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.
“Batya Vasmoyski” kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu bildirib: