Ötən ilin 3 oktyabr tarixində gecə saat 01 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Palermo" gecə klubunda gənc qızı bıçaqlayan 2000-ci il təvəllüdlü Cavanşir Əliyevə hökm oxunub. Publika.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cavanşir Əliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, Cavanşir həmin gün gecə klubuna tək gedib və orada 1995-ci il təvəllüdlü Zümrüd Əsgərova ilə tanış olaraq birgə əylənib. Daha sonra hesabı verməklə bağlı mübahisə yaranıb. Və Cavanşir bıçaq götürərək qıza hücum edib, onun bel nahiyəsinə ağır zərbə endirib.