İnanmazsınız, Yol polisinin məni saxlaması o qədər xoş oldu ki. Və sevindim də.
Mən şəhərdə demək olar ki, maşın sürmürəm, əsəblərim götürmür. Amma rayonlara gedəndə, xüsusilə də ailəmlə gedəndə, sükanın arxasında həmişə özüm oluram. Laçında xalça sərgisi keçirilirdi, məni və xanımımı da dəvət etmişdilər. «Ya Allah» deyib üz tutdum Ağdam-Şuşa-Laçın yoluna. 37 ildən sonra ilk dəfəydi bu yolla Laçına gedirdim. Ürəyim atlanırdı. Yolboyu bu yolu açan şəhidlərimizə rəhmət oxuyurdum, qazilərimizə şəfa diləyirdim və Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə də uzun ömür, can sağlığı arzulayırdım və deyirdim ki, Allah Ali Baş Komandanın əlindəki Həzrət Əli qılıncına qüvvət versin.
Nəhayət, gəldim çatdım Xankəndiyə. «Qarabağ»ın «MOİK»lə Xankəndi stadionunda Kubok oyununda iştirak etmişdim. Onda Xankəndidə gəzmişdim. Maşını döndərdim Xankəndiyə ki xanımım da gəzsin azad olan Xankəndidə, ürəyi açılsın.
Elə təzəcə Xankəndiyə girmişdim ki, qarşıdan gələn Yol polisi maşını məni saxladı. Cavan, sütül, boylu-buxunlu serjant özünü təqdim elədi. Çox təəssüf ki, soyadı yadımdan çıxıb, mən də həmin vaxt telefonla danışırdım. Dedi ki, sükan arxasında telefonla danışmaq olmaz, bu 80 manat cərimə və 3 baldır. Mən də gülümsəyirəm, serjant da çaşıb baxır ki, mən bunu cərimələyirəm, bu da gülümsəyir. Çox xoşhallanmışam ki, məni Xankəndidə öz Yol polisimiz saxlayıb cərimələyir. Cəriməni ödəməyə hazırlaşırdım ki, bir polis zabiti yaxınlaşdı. Salam verdi və serjanta dedi:
- Müəllimi tanımadın? Aqil Abbasdı.
Serjant da: